IMG-LOGO

İsrail Beyrutda "Hizbullah"ın komanda mərkəzlərinə zərbələri başa çatdırıb

03 Mar 2026 13:17 4 baxış
IMG

İsrail Müdafiə Ordusu Beyrutda "Hizbullah"ın komanda mərkəzlərinə zərbələr dalğasını başa çatdırıb.

Bu barədə "Report" ordunun mətbuat xidmətinə istinadən xəbər verir.

"İsrail ordusu qısa müddət əvvəl radikal "Hizbullah" qruplaşmasının komanda mərkəzlərinə, silah anbarlarına və peyk rabitəsi komponentlərinə zərbələr dalğasını başa çatdırıb", - məlumatda bildirib.

Məlumata görə, əməliyyat zamanı qruplaşmanın təxribatlar və kəşfiyyat məlumatlarının toplanması üçün istifadə etdiyi rabitə qovşaqları vurulub.

"Vurulmuş bütün hədəflər "Hizbullah"a məxsus olan və İsrail ordusu ilə dövlətin dinc vətəndaşlarına qarşı müxtəlif niyyətlərin həyata keçirilməsi üçün nəzərdə tutulmuş obyektlərdir", - məlumatda bildirilib.

Bununla yanaşı, İsrail ordusundan qeyd edilib ki, zərbələrin endirilməsindən əvvəl xəbərdarlıqlar edilib, yüksək dəqiqlikli döyüş sursatları tətbiq olunub və havadan müşahidə aparılıb.

Xəbər lenti