IMG-LOGO

Venesuelada kütləvi elektrik enerjisi kəsintisi qeydə alınıb

30.08.2024 20:12 37 baxış
IMG

Venesuelanın bütün ştatlarında kütləvi elektrik enerjisi kəsintisi qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin rabitə naziri Freddi Nyanes məlumat verib.

Elektrik enerjisinin verilməsindəki kütləvi kəsintiyə sabotajın səbəb olduğu bildirilir. Kəsintilər ölkənin bütün 24 ştatında baş verib.

Nazirin sözlərinə görə, hazırda mütəxəssislər problemin həlli ilə məşğuldurlar. Paytaxtda mövcud şəraitdə yerüstü nəqliyyatın hərəkətinin təşkili üçün xüsusi tədbirlər həyata keçirilib.

Nyanes elektrik enerjisinin kəsilməsini ölkə Prezidenti Nikolas Maduronun əleyhdarlarının addımı kimi dəyərləndirib.

Öz növbəsində “Associated Press” agentliyi isə xatırladıb ki, 2019-cu ildə də Venesuelada tez-tez elektrik enerjisinin verilməsində kəsintilər olurdu və hakimiyyət buna görə həmişə rəqiblərini günahlandırırdı. Amma energetika mütəxəssisləri kəsintilərin elektrik xətlərini zədələyən yanğınlar və avadanlıqlara düzgün qulluq göstərilməməsi ilə bağlı olduğunu bildirirdilər.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti