IMG-LOGO

Smartfonunuzu tualetə aparmamaq üçün 3 SƏBƏB

30.08.2024 17:10 45 baxış
IMG

Əvvəllər insanlar tualetə özü ilə kitab və qəzet aparırdılarsa, indi telefonu götürürlər. 

Lent.az xəbər verir ki, bu doğru vərdiş deyil. Çünki tualetdə mobil telefondan uzun müddət istifadə həm cihaz, həm də onun sahibi üçün təhlükəli nəticələrlə doludur.

Sağlamlıq problemləri

Bir şəxs telefonu istifadə edərkən tualetdə çox uzun müddət oturarsa, düz bağırsağa və anusa yük ciddi şəkildə arta bilər. Belə bir vəziyyətin təhlükəli xəstəliklərin yaranmasına gətirib çıxarda bilər. 

Smartfonun çirklənməsi

Telefonla tualetə baş çəksəniz, cihazın onsuz da çox təmiz olmayan səthi daha da çirklənəcək. Telefonun səthində daha da təhlükəli mikroorqanizmlər peyda olacaq.

Mobil telefonun tualetə düşmə riski

Mobil cihaz tualetə düşə bilər. Bu halda, smartfon nəinki çox çirklənəcək, həm də işləməyəcək. Maraqlısı odur ki, hətta ən diqqətli istifadəçi belə smartfonu tualetə ata bilər. Yuxarıda göstərilənlərin hamısını nəzərə alaraq, telefonunuzu tualetə özünüzlə aparmaq vərdişindən əl çəkməyə çalışın.  

Xəbər lenti