"Qəbələ" futbolçusu Zurab Oçiqava ilə yollarını ayırıb.
"Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
29 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
2023-cü ilin iyulundan komandada çıxış edən ukraynalı oyunçu qırmızı-qara formada 24 matç keçirib. O, Premyer Liqada 21, Azərbaycan Kubokunda 3 oyunda iştirak edib.
Bizim WhatsApp kanalımıza abunə olun