ABŞ və Çin arasında Hind-Sakit okean regionunda gərginliyi azaltmaq üçün tezliklə yüksək səviyyəli hərbi danışıqlar keçirəcək.
"Report" xəbər verir ki, bu barədə "Fox News" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Söhbət hər iki ölkədən nümayəndələrin iştirak edəcəyi telefon danışıqlarından gedir.
Son zamanlar Cənubi Çin dənizində insidentlərin tez-tez baş verməsi gərginliyin artmasına səbəb olub. Çin sahil mühafizə gəmiləri Filippin gəmilərini akvatoriyadan çıxarmağa çalışıb və toqquşma qeydə alınıb. Avqustun 28-də Filippin Cənubi Çin dənizindəki insidentlər fonunda ABŞ-Filippin qarşılıqlı müdafiə müqaviləsini genişləndirməyi təklif edib.
Çin uzun müddətdir ki, şelfdə nəhəng karbohidrogen ehtiyatlarının aşkar olunduğu Cənubi Çin dənizindəki ayrı-ayrı adaların ərazi mülkiyyəti ilə bağlı bəzi ölkələrlə mübahisələr aparır.
Bizim WhatsApp kanalımıza abunə olun