ABŞ-nin müdafiə naziri Lloyd Ostin qarşıdan gələn seçkilərdə prezidentliyə və vitse-prezidentliyə namizədləri qorumaq üçün Məxfi Xidmətə əlavə hərbi dəstək imkanlarının verilməsi xahişini təsdiqləyib.
“Report” bu barədə “Reuters”ə istinadən xəbər verir.
Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq veriləcək dəstəyin növü ilə bağlı təfərrüatları açıqlamayıb, lakin Ostinin Şimal Komandanlığına namizədlərin təhlükəsizliyi üçün ölkənin müxtəlif yerlərində Məxfi Xidmətə dəstək göstərməyi əmr etdiyini bildirib.
Qeyd olunur ki, bu dəstək noyabrın 5-də keçiriləcək seçkilərə, sonra isə 2025-ci ilin yanvarında seçilmiş prezidentin və vitse-prezidentin andiçmə mərasiminə qədər davam edəcək.
Bu arada Məxfi Xidmətin sözçüsü bildirib ki, respublikaçıların prezidentliyə namizədi Donald Trampın iyulun 13-də Pensilvaniyada məruz qaldığı sui-qəsd cəhdindən sonra təhlükəsizlik əməliyyatları gücləndirilib.
Bizim Telegram kanalımıza abunə olun