Malinin qərbində avtobus və yük maşınının toqquşması nəticəsində azı 14 nəfər ölüb, 29 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyi feysbuk səhifəsində məlumat yayıb.
Hadisə Fana-Bamako magistralının Binko kənd kommunasının Fuqani kəndi yaxınlığından keçən hissəsində qeydə alınıb.
Yaralananların 9-nun vəziyyəti ağır olaraq qiymətləndirilir.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Bizim WhatsApp kanalımıza abunə olun