İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Pep Qvardiola komandada çalışanlara pul mükafatı verib.
"Report" "The Times" nəşrinə istinadən xəbər verir ki, "şəhərlilər"in çalışdırıcısı klubda işləyən aşpazlara, həkimlərə, mühafizəçilərə və təchizatçıların hər birinə 10 min funt sterlinq ödəyib.
Qeyd edək ki, 2016-cı ildən "Mançester Siti"yə rəhbərlik edən Qvardiola ötən mövsüm İngiltərə Premyer Liqasında çempionluq sevinci yaşayıb.
Bizim WhatsApp kanalımıza abunə olun