Polşanın Varşava Dairə Məhkəməsi yerli ekstrasenslərin təsis etdiyi “Xoşbəxt Polşa” siyasi partiyasını dövlət qeydiyyatına alıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, partiya kəşfiyyatçı, ruhani və terapevt İzabella Trendoviç, eləcə də onun bir qrup tələbəsi tərəfindən təsis edilib.
“İndiyə qədər siyasətçilər siyasətlə məşğul olublar, nəyisə istəyən və dəyişə bilən insanlara diqqət yetirməyin vaxtıdır. Gəlin polyakların potensialını açaq və bu dünyada fərqli olacaq”, - partiyanın təsisçisi bildirib.
Bildirilib ki, “Xoşbəxt Polşa” partiyası proqramı olan internet saytı sentyabrda fəaliyyətə başlayacaq.