Ukraynaya hərbi yardımın elan edilməsi ilə onun faktiki çatdırılması arasında boşluqlar bəzən həddindən artıq uzun olur.
"Report" xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Brüsseldə baş tutan Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən əvvəl jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu proses iki il yarım müharibədən sonra heç bir gecikmə olmadan İsveçrə saatı kimi işləməlidir:
"Biz işimizi ən səmərəli şəkildə yerinə yetirməliyik. Avropanın uzunmüddətli təhlükəsizliyi Ukrayna üçün qısamüddətli cəsarətli qərarlardan başlayır. Buna görə də strategiyaya yenidən baxılmalıdır".
Bizim Telegram kanalımıza abunə olun