ABŞ “Telegram” platformasından etiraz hərəkatlarını səfərbər edərək arzuolunmaz rejimlərə qarşı istifadə edib.
“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin keçmiş əməkdaşı Mayk Bens jurnalist Taker Karlsona müsahibəsində bildirib.
O qeyd edib ki, Vaşinqton siyasi qrupları və fəalları maliyyələşdirə və nisbi cəzasız olaraq on minlərlə insanı bu işə cəlb edə bilər: “Telegram Dövlət Departamentinin əlində çox güclü bir vasitədir və ona etiraz hərəkatlarını səfərbər etməyə imkan verir”.
Bizim WhatsApp kanalımıza abunə olun