IMG-LOGO

Bir süni intellekt əməliyyatı 10 “Google” axtarışına bərabər enerji sərf edir

29.08.2024 06:03 40 baxış
IMG

Son zamanlarda populyar olan texnoloji inkişaf, enerji istehlakı baxımından da diqqətdən kənarda qalmayıb.

Lent.az xəbər verir ki, bununla bağlı ABŞ investisiya bankı “Goldman Sachs”ın hesabatına görə “ChatGPT” sorğusu “Google” axtarışından 10 dəfə çox enerji sərf edir.

Son illərin ən böyük texnoloji inkişafı olan süni intellekt tətbiqlərinin standart axtarış sistemlərindən 10 qat daha çox enerji sərf etdiyi açıqlanıb.

İT sektorunda məlumat istifadəsi artdıqca, enerji istehlakı və buna görə də karbon emissiyaları da artır.

Süni intellektin də bu istiqamətdə çox da məhsuldar bir inkişaf olmadığı açıqlanıb.

Bank tərəfindən dərc edilən hesabata görə məhsuldar süni intellektin sürətlə artması ilə məlumat mərkəzlərinin enerji tələbatının 2030-cu ilə qədər 160 % artması gözlənilir.

Xəbər lenti