IMG-LOGO

Yaponiyada qasırğa nəticəsində 336 aviareys təxirə salınıb, 16 nəfər yaralanıb

29.08.2024 04:55 36 baxış
IMG

Yaponiyanın cənub-qərbindəki Kyusyu adasının yaxınlığında tüğyan edən güclü “Şanşan” qasırğası səbəbindən ən azı 336 aviareys təxirə salınıb.

“Report” xəbər verir ki, avqustun 29-na olan cədvəl dəyişikliklərinin əsas hissəsi Yaponiyanın böyük aviadaşıyıcıları “JAL” və “ANA”nın üzərinə düşüb.

“Jetstar Japan” və “Peach Aviation” kimi aşağı büdcəli aviaşirkətlər də bir neçə uçuşu ləğv ediblər. Avqustun 28-də Yaponiyada baş verən tayfun səbəbindən 230 aviareys ləğv edilib.

İndi Şanşan Kyusyu adasının qərbində yerləşir və sahil boyunca şimala doğru irəliləyir. Tayfun ərazisində küləyin sürəti 50-70 m/s-ə çatır. Sinoptiklərin proqnozlarına görə, Kyusyu adasının bəzi rayonlarında yağıntının intensivliyi sutkada 400-600 mm-dir.

“Yomiuri” qəzeti isə bildirib ki, qasırğa 16 nəfərin xəsarət almasına səbəb olub. Ümumilikdə təxminən 2,25 milyon sakin evlərini tərk etmək və adətən təhsil müəssisələrində yerləşən evakuasiya mərkəzlərinə köçmək üçün tövsiyələr alıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti