“Xiaomi” gələn ilin birinci yarısında tamamilə düyməsiz smartfon təqdim etməyi planlaşdırır.
Lent.az xəbər verir ki, texnologiya nəhəngi “Xiaomi” smartfon dünyasında yeni çığır açmağa hazırlaşır.
Şirkətin gələn il bazara çıxması gözlənilən düyməsiz smartfonu artıq kifayət qədər səs-küyə səbəb olub.
Smartfonların inkişafı ilə fiziki düymələr kiçildi və ekranlara inteqrasiya olundu. “Xiaomi” isə bu tendensiyanı bir addım da irəli aparmağı və tamamilə düyməsiz smartfon təcrübəsi təqdim etməyi hədəfləyir.
Hələlik cihazın adı və texniki göstəriciləri ilə bağlı rəsmi açıqlama verilməsə də, sızan məlumata görə, telefon tam toxunma interfeysinə sahib olacaq.
Bundan əlavə, HTC və Vivo kimi istehsalçılar da düyməsiz telefonları sınaqdan keçiriblər. “Xiaomi”nin layihəsinin necə nəticələnəcəyi isə maraq doğurur.