Rusiya Xarici İşlər Nazirliyi 92 ABŞ vətəndaşının daimi olaraq ölkəyə girişinə qadağa qoyub.
“Report” xəbər verir ki, bu barədə qurumun teleqram kanalında məlumat verilib.
“Müxtəlif səviyyələrdə hüquq-mühafizə orqanlarının və kəşfiyyat xidmətlərinin rəhbərləri və məmurları, hərbi sənaye kompleksinin əsas şirkətlərinin rəhbərləri və Ukrayna Silahlı Qüvvələrini silahla təchiz edən və Kiyev rejiminə sponsorluq edən maliyyə institutları ilə yanaşı, “stop-siyahı”ya həmçinin aparıcı liberal-qlobalist nəşrlərin redaksiya əməkdaşları və müxbirləri də daxil edilib”, - Rusiya XİN-dən bildirilib.
Məlumata görə, siyahıya “The Wall Street Journal”ın baş redaktoru Emma Taker və nəşrin jurnalistləri, nəşrin Moskva bürosunun keçmiş rəhbəri Neytn Hoc, həmçinin “The Washington Post” və “The New York Times” qəzetlərinin müxbiri də daxil edilib.
Rusiya XİN bunun Amerikanın hakim elitasının çılğın sanksiya hücumuna cavab olduğunu bildirib və gələcəkdə “stop-siyahı”nın genişləndiriləcəyinə söz verib.
Bizim Telegram kanalımıza abunə olun