IMG-LOGO

"Omoniya"nın baş məşqçisi: Sabahkı oyunda nəticə qazanmağa çalışacağıq

28.08.2024 19:03 46 baxış
IMG

Sabahkı oyunda nəticə qazanmağa çalışacağıq.

"Report" xəbər verir ki, bunu "Omoniya"nın (Kipr) baş məşqçisi Valdas Dambrauskas Bakıda "Zirə"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvək mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis Bakıya gəldikləri üçün məmnun olduqlarını bildirib: "Qonaqpərvərliyinizə görə sizə təşəkkür edirəm. Hər şey çox yüksək səviyyədədir. Məncə, maraqlı qarşılaşma olacaq. İkinci matç birincidən fərqlənir. Artıq demək olar ki, rəqiblər də bir-birini tanıyırlar. "Zirə" bu oyunda yeni həll yolları tapmağa çalışacaq. Biz yaxşı oynamağa çalışacağıq".

Qeyd edək ki, avqustun 29-da "Dalğa Arena"da təşkil olunacaq görüş saat 20:00-da start götürəcək. Kiprdəki ilk matçda "Omoniya" 6 cavabsız qolla qalib gəlib.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti