Şansları bərabər görürəm. "Qarabağ" səfərdə 1:0 hesabı ilə qalib gəlsəydi, yenə eyni düşüncədə olacaqdım.
"Report" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.
Mütəxəssis Ağdam təmsilçisinin bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyanın “Dinamo” klubu ilə keçirəcəyi cavab oyununda şanslarını dəyərləndirib:
"Vacib olan Xorvatiyadakı oyunu təkrarlamaqdır. "Dinamo" bu gün necə çıxış edəcək? Bundan da çox şey asılıdır. "Qarabağ"a uğurlar arzulayıram. Azarkeşlərin komandaya inamı və güvənməsi önəmlidir".
Qeyd edək ki, "Qarabağ" - "Dinamo" matçının start fiti bu gün, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda səsləndiriləcək. Komandalar arasında avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda keçirilən ilk qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bizim WhatsApp kanalımıza abunə olun