IMG-LOGO

Korrupsioner general beynəlxalq axtarışa verildi

28.08.2024 15:02 45 baxış
IMG

Ukrayna ordunun keçmiş generalı Andrey Naumovu beynəlxalq axtarışa verib.

Lent.az xarici mediaya istinadla bildirir ki, o, 2019-2021-ci illərdə dövlət vəzifəsində çalışıb. Ukraynada o, 3,2 milyon qrivnadan (təxminən 131 min 520 manat) çox məbləğdə korrupsiyada ittiham olunur.

Məlumata görə, keçmiş general 2022-ci il iyunun 7-də içərisində 592 min avro, 120 min dollar və iki qiymətli daş olan avtomobillə Serbiyadan Şimali Makedoniyaya keçmək istəyərkən saxlanılıb.

Ancaq Serbiya Naumovu Ukraynaya təhvil verməkdən imtina edir. Buna səbəb isə ona qarşı cinayət işinin siyasi səbəblərdən açılma ehtimalıdır.

Xəbər lenti