Vaşinqton bu yaxınlarda ilk F-35 qırıcılarını Varşavaya tədarük etməyə hazırlaşır.
"Report"un məlumatına görə, bu barədə Polşa Müdafiə Nazirliyi “X” sosial şəbəkəsindəki səhifəsində xəbər yayıb.
“Bu il avqustun 28-i, çərşənbə günü, saat 10:00-da (Bakı vaxtı ilə saat 03:00-da-red.) Fort-Uertdə, Polşa Aviasiya Günündə nazir müavinləri Pavel Beyda və Sezari Tomçik ilk F-35-in rəsmi təqdimatında iştirak edəcəklər”, - məlumatda deyilir.
Belə təyyarələr PATRIOT zenit-raket sistemləri və Amerikanın köhnə F-16 qırıcıları ilə birlikdə effektiv olacaq.
Nazirlik əlavə edib ki, Polşanın baş nazirinin müavini və milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış avqustun 29-da yerli vaxtla saat 10:00-da Vaşinqtonda Pentaqon rəhbəri Lloyd Ostin ilə görüşəcək.
Xatırladaq ki, Polşa daha əvvəl ABŞ ilə 32 ədəd beşinci nəsil “F-35 Lightning II” təyyarəsinin tədarükü üçün müqavilə imzalayıb.
Bizim Telegram kanalımıza abunə olun