IMG-LOGO

Seneqalın Hərbi Dəniz Qüvvələri 76 miqrantın olduğu gəmini saxlayıb

27.08.2024 23:18 35 baxış
IMG

Seneqalın Hərbi Dəniz Qüvvələri İspaniyaya məxsus Kanar adalarına getməyə çalışan 76 miqrantın olduğu gəmini ölkə sahillərində ələ keçirib.

"Report"un məlumatına görə, bu barədə Seneqalın "Seneweb" portalı xəbər yayıb.

“Hərbi Dəniz Qüvvələrinin patrul gəmisi sahildən 80 km aralıda miqrantların olduğu gəmini saxlayıb. Gəmidə olanların hamısı həbs olunub. Onların arasında Seneqal, Qambiya, Mali və Bisau-Qvineya vətəndaşları var", - məlumatda deyilir.

Avqust ayında Seneqal hakimiyyəti qanunsuz miqrantlarla gəmilərin üzdüyü əraziləri patrul etmək üçün ordudan istifadə etməyə başlayıb. Artıq 450-dən çox şəxs saxlanılıb və Avropa İttifaqı ölkələrinə daxil olmaq cəhdində şübhəli bilinirlər.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti