Paris Olimpiadasında Şimali Koreyanı təmsil edən stolüstü tennisçilər digər idmançılarla selfi çəkdirdiklərinə görə səlahiyyətlilər tərəfindən cəzalandırılır.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, qeyd olunur ki, söhbət Ru Jin Sink və Kim Kim Yonqdan gedir. Şimali Koreya rəsmiləri onları KXDR-in bir nömrəli düşməni hesab etdiyi Cənubi Koreya idmançıları ilə çəkdirdikləri fotoda gülümsədikləri üçün qınayıblar.
Belə ki, idmançılar vətənə qayıdandan sonra avqustun 15-dən onlar barəsində üç mərhələli yoxlama başlayıb.
Şimali Koreyalı idmançıları cəzalandırmaq istədikləri foto Çin, Cənubi Koreya və KXDR idmançıları ilə birgə çəkilib.