IMG-LOGO

Durovun həbsindən sonra “Telegram”ın populyarlığı artdı

27.08.2024 04:33 37 baxış
IMG

“Telegram”ın həmtəsisçisi Pavel Durovun Fransada saxlanılmasından sonra messencerin populyarlığı bir neçə ölkədə, o cümlədən Fransa və ABŞ-da artıb.

Lent.az xəbər verir ki, bu barədə “TechCrunch” portalı məlumat yayıb.

Portalın qeyd etdiyi kimi, Fransada messencer iOS App Store-da yükləmələrin sayına görə sosial şəbəkələr kateqoriyasında birinci yerə yüksəlib və ümumilikdə proqramların reytinqində üçüncü olub.

“Telegram” Amerikada “App Store”da ikinci ən çox yüklənən sosial şəbəkə proqramı olub və dünyada “iOS”-da messencerin endirilmə sayı 4% artıb.

Xəbər lenti