Hindistanın Baş naziri Narendra Modi ABŞ Prezidenti Cozef Baydenlə telefonla danışıb.
"Report" xəbər verir ki, bu barədə Hindistanın Baş naziri "X" sosial şəbəkəsində yazıb.
O qeyd edib ki, söhbət zamanı müxtəlif regional və qlobal məsələlər, o cümlədən Ukraynadakı vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
"Biz Banqladeşdəki vəziyyəti də müzakirə etdik və orada hindular üçün normal yaşayış və təhlükəsizliyin tezliklə bərpa edilməsinin vacibliyini vurğuladıq", - Modi vurğulayıb.
Modi söhbət zamanı Hindistanın sülh və sabitliyin tezliklə bərpasına tam dəstəyini bir daha ifadə edib.
Bizim Telegram kanalımıza abunə olun