IMG-LOGO

Solçu deputatlar parlamentə Makronun istefası təklifini göndərəcək

27.08.2024 00:07 38 baxış
IMG

Solçu “İtaətsiz Fransa” partiyasının deputatları Emmanuel Makronun vəzifəsindən kənarlaşdırılması ilə bağlı Milli Assambleyaya (parlamentin aşağı palatası) təklif göndərəcəklər.

"Report" xəbər verir ki, bu barədə partiyanın milli koordinatoru Manuel Bompard "X" sosial səhifəsində yazıb.

Siyasətçilər Fransa Konstitusiyasının 68-ci maddəsinə əsaslanaraq bu qərarı veriblər.

Bompard, həmçinin bütün solçu tərəfdarlarını etiraz yürüşünə çağırıb.

Bundan əvvəl Makron solçu "Yeni Xalq Cəbhəsi" alyansı tərəfindən baş nazir postuna təklif olunan Lüsi Kastesin namizədliyini rədd edib.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti