IMG-LOGO

Liviya hökuməti bütün neft yataqlarında fors-major vəziyyət elan edib

26.08.2024 17:13 36 baxış
IMG

Liviyanın şərqində hökumət bütün yataqlarda fors-major vəziyyət elan edib.

"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

“Liviya hökuməti bütün yataqlar, limanlar, neftlə bağlı qurumlar və müəssisələrdə fors-major vəziyyət elan edir. Növbəti xəbərdarlığa qədər neft hasilatını və ixracını dayandırırıq”, - hökumətin bəyanatında bildirilib.

Qeyd edək ki, Liviyada ikili hakimiyyət qalır. Ölkənin şərqinə Liviya Milli Ordusu, qərbinə Milli Birlik Hökuməti nəzarət edir.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti