IMG-LOGO

Banqladeşdə aramsız musson yağışları və daşqınlar səbəbilə 20 nəfər həyatını itirib

26.08.2024 15:14 50 baxış
IMG

Banqladeşdə aramsız musson yağışları və daşqınlar səbəbilə 20 nəfər həyatını itirib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, dövlət rəsmiləri hadisənin 5,2 milyondan çox insana təsir etdiyini bildiriblər.

Məlumata görə, sel sularının xilasetmə və yardım işlərinə mane olduğu ucqar ərazilərdə bir çox insan təcrid vəziyyətində qalıb, nəticədə təməl qida, təmiz su, dərman və quru paltara ehtiyac yaranıb.

Məsələ ilə bağlı açıqlama verən müvəqqəti hökumətin rəhbəri Məhəmməd Yunus (Mohammad Yunus) söyləyib ki, administrasiya daşqın qurbanlarının normal vəziyyətə qayıtmasını təmin etmək üçün bütün lazımi tədbirləri görüb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti