IMG-LOGO

Netanyahu Qəzza ilə bağlı danışıqlar aparan İsrail rəsmilərilə mübahisə edib

26.08.2024 08:08 36 baxış
IMG

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada atəşkəs və girovların azad edilməsi üçün danışıqlar aparan İsrail nümayəndə heyətinin üzvləri ilə mübahisə edib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Netanyahu İsrail ordusunun Fələstin anklavını Misirdən ayıran Filadelfiya dəhlizinə nəzarəti məsələsində güzəştə getməkdən imtina edib, öz növbəsində nümayəndə heyətinin üzvləri isə mövqeyin yumşaldılmasını xahiş ediblər.

Baş nazir İsrail ordusunun mövqelərindən birinin bir neçə yüz metr yerdəyişməsinə razılıq versə də, uzunluğu 14 kilometrə yaxın olan sərhədə nəzarəti saxlamaqda israrlıdır.

Netanyahu danışıqlar aparan İsrail nümayəndə heyətinin bəzi üzvlərinin təzyiqlərinə baxmayaraq, bu şərtlərin saxlanmasını tələb edib.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti