IMG-LOGO

Tonqa sahillərində 6,9 bal gücündə zəlzələ olub

26.08.2024 04:05 62 baxış
IMG

Tonqa Krallığının sahillərində 6,9 bal gücündə zəlzələ qeydə alınıb.

“Report”un məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 22,4 min nəfərin yaşadığı Tonqanın paytaxtı Nukualofa şəhərindən 136 km şimalda, episentr isə 102 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti