IMG-LOGO

Fransa siyasətçisi Pavel Durovun saxlanmasına görə ölkəni zülmkarlıqda ittiham edib

25.08.2024 12:39 42 baxış
IMG

Fransa teleqramın həmtəsisçisi Pavel Durovu Paris hava limanında saxlamaqla özünün “tiran təbiətini” dünyaya nümayiş etdirdi.

“Report”un məlumatına görə, bunu Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo “X” sosial şəbəkəsində yazıb.

"Bu, çox ciddidir, Fransa dünyaya öz tiran təbiətini göstərdi. Senzura görüntüsü. Rəqəmsal Xidmətlərdə senzura aktı Fransada söz azadlığına qarşı getdikcə daha qəddar basqılara təkan verir. Sual verirəm: əgər "X" sosial şəbəkəsinin sahibi İlon Mask Fransaya gəlsə, onu eyni şəkildə saxlamaq və həbsə atmaq olarmı?”, - o paylaşımda yazıb.

Qeyd edək ki, teleramın təsisçisi Pavel Durov Fransanın "Le Burje" hava limanında saxlanılıb. Durov bir sıra cinayətlərdə, o cümlədən terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsində ittiham oluna bilər. Xatırladaq ki, 2021-ci ilin fevralında Durov Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığını, avqustda isə Fransa vətəndaşlığını alıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti