IMG-LOGO

İsrail XİN-in başçısı "Hizbullah"la mübarizədə ölkəsinə dəstək istəyib

25.08.2024 11:41 38 baxış
IMG

İsrail dünyanın onlarla ölkəsinin hökumətindən "Hizbullah"radikal hərəkatına qarşı mübarizədə onu dəstəkləmələrini istəyib.

"Report" xəbər verir ki, bu barədə yəhudi dövlətinin Xarici İşlər Nazirliyi "X " sosial şəbəkəsində məlumat yayıb.

XİN-in açıqlamasında qeyd olunur ki, nazirliyin rəhbəri İsrael Katz İsraili dəstəkləmək üçün həmkarlarına müraciət edib. O, yəhudi dövlətinin səlahiyyətlilərinin yaxınlaşan hücumla bağlı məlumatların nəhayət təsdiqlənməsindən sonra fəaliyyətə başladığını və "onu pozmaq üçün zərbə vurduğunu" bildirib.

Katz vurğulayıb ki, İsrail "vətəndaşlarını və ərazilərini yəhudi dövlətini məhv etmək məqsədi daşıyan İranın rəhbərlik etdiyi "şər oxu”ndan qorumaq üçün fəaliyyət göstərir".

"İsrail total müharibəyə can atmır və hadisələrin inkişafına uyğun hərəkət edəcək", - nazirlik onun sözünü sitat gətirib.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti