IMG-LOGO

Fransa Durovun ölkədə görünməsindən təəccüblənir, axtarışdan xəbəri var idi

25.08.2024 10:24 44 baxış
IMG

Fransız müstəntiqləri “Telegram”ın yaradıcısı və baş meneceri Pavel Durovun mövcud problemlərdən xəbərdar olmasına baxmayaraq, Parisə gəlməyə cəsarət etməsinə təəccüblənirlər.

Lent.az xəbər verir ki, bu barədə AFP yazır.

"Artıq Telegram-ın cəzasız qalmasına yetər" deyə Fransanın hüquq-mühafizə orqanındakı anonim bir əməkdaşı agentliyə bildirib.

Onu da qeyd edək ki, eyni zamanda, Durov özü aprel ayında Taker Karlsona verdiyi müsahibədə etiraf edib ki, həbs olunacağı təqdirdə Telegram-ın fəaliyyətini davam etdirmək üçün əvvəlcədən tədbirlər görüb.

Xatırladaq ki, Durov avqustun 24-də Paris Le Burje hava limanına enən kimi saxlanılıb.

Xəbər lenti