İndoneziyanın şərqindəki Şimali Maluku əyalətində daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 7 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Bununla yanaşı, iki nəfərin yaralandığı, daha bir neçə nəfərin itkin düşdüyü bildirilir.
Təbii fəlakət əyalət sakinləri üçün humanitar böhrana səbəb olub. Onların çadır, ləvazimat, döşək və digər zəruri əşyalara ciddi ehtiyacı var.
Bizim Telegram kanalımıza abunə olun