IMG-LOGO

Qəzzada 24 saat ərzində əməliyyatlar zamanı 71 nəfər ölüb

25.08.2024 07:16 24 baxış
IMG

İsrail ordusunun avqustun 24-də Qəzza zolağının mərkəzi hissəsində keçirdiyi əməliyyatlar nəticəsində 71 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Anklavın mərkəzindəki Deyr əl-Bələh şəhərinə doğru irəliləyən tanklarson iki gündə 100 mindən çox insanı ərazini tərk etməyə məcbur edib.

Qəzzanın Səhiyyə Nazirliyi avqustun 24-də bildirib ki, İsrail ordusunun anklavda keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 40 334 nəfərə çatıb, daha 93 356 nəfər yaralanıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti