IMG-LOGO

Dünyanın ƏN BÖYÜK almazı aşkar edilib

25.08.2024 03:29 16 baxış
IMG

Botsvanadakı mədəndə ən böyük almaz aşkar edilib. Yumruq boyda daşı ölkə prezidenti Mokgvitsi Masin dünyaya nümayiş etdirib.

Lent.az xəbər verir ki, almaz paytaxt Qaboronedən şimalda yerləşən Karove mədənində Kanadanın “Lucara Diamond Corp” şirkəti tərəfindən hasil edilib. “Lucara”nın açıqlamasında bildirilib ki, daş zədələnməmiş vəziyyətdədir və çəkisi 500 qramdır. O, böyük və qiymətli almazların axtarışı üçün nəzərdə tutulmuş rentgen texnologiyasından istifadə edilərək aşkar edilib.

Bildirilib ki, almazı qiymətləndirmək və ya onun necə satılacağı barədə qərar vermək hələ çox tezdir.

Xəbər lenti