IMG-LOGO

Son 48 saatda Qəzzada 69 fələstinli ölüb

24 Aug 2024 17:10 196 baxış
IMG

Son 48 saat ərzində Qəzza zolağında 70-ə yaxın fələstinli ölüb.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Son iki gündə İsrail qüvvələrinin Qəzzanın müxtəlif ərazilərini atəşə tutması və bombalaması nəticəsində 69 nəfər ölüb, 212 nəfər yaralanıb", - Qəzza Səhiyyə Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, bununla da anklavda qurbanların sayı 40 334 nəfərə çatıb, daha 93 356 nəfər isə yaralanıb.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti