ATƏT müharibənin təsirlərinin aradan qaldırılmasında Ukraynanı dəstəkləməyə sadiqdir.
"Report" xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri İan Borq deyib.
O qeyd edib ki, onlar bu gün Ukraynanın irs və müstəqilliyinə deyil, həm də bunları qorumaq üçün göstərdiyi əzm və qətiyyətə hörmət edirlər:
"Müstəqillik Gününü qeyd edən Ukrayna xalqına ən səmimi təbriklərimi çatdırıram. ATƏT-in fəaliyyətdə olan sədri kimi mən müharibənin təsirlərinin aradan qaldırılmasında, hər kəsin sülh və təhlükəsizlik şəraitində yaşaya biləcəyi gələcək üçün çalışmaqda Ukraynaya dəstək sadiqliyimizi bir daha təsdiqləyirəm".
Message from @OSCE CiO @MinisterIanBorg on the occasion of #Ukraine's Independence Day. pic.twitter.com/O0ecKWmnpL
— MALTA - OSCE24 (@OSCE24MT) August 24, 2024 Bizim WhatsApp kanalımıza abunə olun