Ukraynanın pilotsuz təyyarələrinin hücumlarından sonra Voronej vilayətinin Ostroqojski rayonundan 200-ə yaxın insan təxliyə edilib.
Lent.az yerli mediaya istinadla bildirir ki, bu barədə qubernator Aleksandr Qusev Telegram kanalında bildirib.
Onun sözlərinə görə, qonşu kəndlərdə müvəqqəti məskunlaşma mərkəzi yaradılıb, lakin təxliyə edilənlərin demək olar ki, hamısı qohumlarının evində qalır. Həmçinin qonşu kənd sakinlərinə təhlükəsizlik tədbirləri ilə bağlı göstərişlər verilib.
Bu gecə Qusev bildirib ki, elektron vasitələr və hava hücumundan müdafiə sistemləri regionun səmasında Ukraynanın bir neçə pilotsuz təyyarəsini məhv edib.