IMG-LOGO

Valideynlərlə yatmaq körpələrin psixoloji inkişafına müsbət təsir edir

24.08.2024 05:51 38 baxış
IMG

Valideynlərlə birgə yatmaq körpələrin psixoloji inkişafına müsbət təsir edir.

“Report” xəbər verir ki, bunu “Attachment & Human Development” jurnalında dərc olunan araşdırma göstərib.

Alimlər Britaniyadan olan təxminən 17 min körpənin məlumatlarını təhlil ediblər. Onların səhhəti 11 il ərzində nəzarətdə saxlanılıb.

Məlum olub ki, doqquz ayda valideynləri ilə eyni yataqda yatan uşaqlar psixi (depressiya, narahatlıq), emosional (aqressiya) və davranış problemləri (hiperaktivlik), o cümlədən fiziki xəstəliklərdən əziyyət çəkməyiblər.

Birgə yatmaq təcrübəsi mübahisəlidir, çünki bəzi ekspertlər əvvəllər bunun uşaqların inkişafına mənfi təsir etdiyinə inanırdılar. Ancaq digərləri, birgə yatmağın həm valideynlərə, həm də körpələrə kömək etdiyini söyləyirlər.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti