IMG-LOGO

Çin ABŞ-a Tayvanla bağlı xəbərdarlıq edib

24.08.2024 04:13 69 baxış
IMG

ABŞ dərhal Tayvanla bütün rəsmi əlaqələri dayandırmalıdır və bu məsələ Çin-ABŞ münasibətlərində ilk “qırmızı xətt”dir.

“Report”un məlumatına görə, bunu “TASS”a Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Lyu Penyu bildirib.

Diplomat vurğulayıb ki, Çin ABŞ və Tayvan arasında hər hansı formada rəsmi fəaliyyətin qəti əleyhinədir:

“Biz ABŞ-ı “Vahid Çin” prinsipinə, üç Çin-ABŞ kommunikesinə, ABŞ liderlərinin “Tayvanın müstəqilliyini dəstəkləməmək” vədlərinə əməl etməyə, Tayvanla hər hansı formada rəsmi əlaqəni dərhal dayandırmağa və bu yanlış yola daha da getməməyə çağırırıq”.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət Çinin dünya sülhünə, inkişafına və beynəlxalq nizama verdiyi töhfəni çoxdan qəbul edib:

“ABŞ tərəfi Çin haqqında yanlış təsəvvürü düzəltməli, Soyuq müharibə və antaqonizm ideyasından əl çəkməli, qlobal sülh, sabitlik və inkişaf naminə daha konkret tədbirlər görməlidir”.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti