ABŞ administrasiyası Qəzza zolağında atəşkəs danışıqlarının uğursuzluğa düçar olduğunu inkar edib.
“Report” xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.
Onun sözlərinə görə, ötən axşam Qahirədə konstruktiv müzakirələr aparılıb:
“Proses əslində irəliyə doğru gedir. O, əvvəllər qeyd etdiyimiz şəkildə - danışıqların sonrakı raundları baxımından gedir. Dünən axşam Qahirədə konstruktiv müzakirələr apardıq. Və bu müzakirələr bu gün də davam edəcək. Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns bu müzakirələrə qoşulmaq üçün bu gün oradadır.
İlk əlamətlər müzakirələrin konstruktiv keçdiyini göstərir, lakin həftə sonu əlavə danışıqlar olacaq. Mətbuatda danışıqların iflasa yaxınlaşdığı barədə məlumatlar var idi. Bu doğru deyil. Tərəqqi mövcuddur”.
Bizim Telegram kanalımıza abunə olun