IMG-LOGO

Rusiya FPX: Volqoqradda Penitensiar Xidmətin 4 əməkdaşı ölüb – YENİLƏNİB

23.08.2024 21:05 42 baxış
IMG

Rusiyanın Volqoqrad vilayətində 19 saylı cəzaçəkmə müəssisəsində baş verən insident nəticəsində xəsarət alan Penitensiar Xidmətin əməkdaşı ölüb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Federal Penitensiar Xidmətin (FPX) mətbuat şöbəsi məlumat yayıb.

Qeyd olunub ki, İŞİD üzvlərinə müqavimət göstərərkən müxtəlif xəsarətlər alan dörd əməkdaşın biri həkimlərin müdaxiləsinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.

20:31

Rusiyanın Federal Penitensiar Xidməti (FPX) Volqoqrad vilayətindəki 19 saylı kaloniyada cəzaçəkmə müəssisəsinin əməkdaşlarının girov götürülməsi zamanı 3 koloniya əməkdaşının öldürüldüyünü açıqlayıb.

Bu barədə “Report” “İnterfaks”a istinadən xəbər verir.

“3 əməkdaş ölüb. Dördüncüsü sağ qalıb, yaşayacaq”, - FPX-nin mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, bu gün Volqoqrad vilayətindəki 19 saylı koloniyada 4 məhkum cəzaçəkmə müəssisəsinin 8 əməkdaşını və 4 məhkumu girov götürüb.

Cinayətkarlar kaloniyanın 4 əməkdaşına müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirib, onlardan 3-ü ölüb. Müqavimət göstərən digər 4 nəfər xəstəxanaya yerləşdirilib. 4 məhkum da xəsarət alıb.

Daha sonra Rusiya Milli Qvardiyası xüsusi əməliyyatla girov götürən məhkumları zərərsizləşdirib; onlar dəqiq snayper atışları ilə məhv ediliblər.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti