IMG-LOGO

Almaniya Prezidenti Bundestaqa seçkilərin tarixini təsdiqləyib

23.08.2024 18:59 41 baxış
IMG

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Bundestaqa (Almaniya parlamenti) seçkilərin 2025-ci il sentyabrın 28-də keçiriləcəyini rəsmi şəkildə təsdiqləyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya dövlət başçısının dəftərxanası məlumat yayıb.

"Prezident hökumətin tövsiyəsi ilə 2025-ci ildə Bundestaqa seçkilərin keçirilməsi haqqında sərəncam imzalayıb. 21-ci çağırış Almaniya Bundestaqına seçkilər 28 sentyabr 2025-ci il tarixində keçiriləcək", - məlumatda bildirilib.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti