IMG-LOGO

İsrail Orsusu: İordan çayının qərb sahilində bir neçə radikal zərərsizləşdirilib

23.08.2024 00:48 54 baxış
IMG

İsrailin Müdafiə Ordusu İordan çayının qərb sahilindəki Tulkarm qəsəbəsində 14 saatlıq antiterror əməliyyatını başa çatdırıb və üç silahlı radikal hava zərbəsi ilə zərərsizləşdirilib.

"Report"un xəbərinə görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Tulkarmda hərbçilər həmçinin partlayıcı maddələr istehsal edən laboratoriyanı dağıdıb, terrorçuluqda şübhəli bilinən şəxsi saxlayıb və terrorçunun mənzilini dağıdıb. Son 7 gün ərzində təhlükəsizlik qüvvələri müxtəlif ərazilərdə keçirilən reydlər zamanı 40-dan çox axtarışda olan şəxsi saxlayıb, İordaniyanın qərb sahilində 15-ə yaxın silah-sursat müsadirə edib”, - məlumatda deyilir.

Məlumata görə, ötən il oktyabrın 7-dən Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin yeni mərhələsi başlayandan bəri İordan çayının qərb sahilində terror fəaliyyətlərində iştirakda şübhəli bilinərək 4 850 nəfər saxlanılıb. Onlardan 1 960 nəfəri Qəzza zolağında hakim olan radikal HƏMAS hərəkatı ilə əlaqədə şübhəli bilinir.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti