Qəzza zolağında atəşkəsə dair Qahirədə başlamalı olan danışıqların növbəti raundu gələn həftəyə keçirilib.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “The National” məlumat yayıb.
Bildirilib ki, bu qərar tərəflərin yeni təklifləri müzakirə etməyə vaxtlarının olması üçün verilib.
Məlumata görə, ABŞ, Misir və Qətər yenidən danışıqlarda vasitəçi kimi çıxış edəcək. İsrail nümayəndə heyətinin də dialoqa qoşulacağı gözlənilir.
“The National”ın mənbələrinə görə, HƏMAS-ın görüşdə fiziki olaraq iştirak etməsi ehtimalı azdır.
Qeyd edək ki, bu həftənin əvvəlində ABŞ dövlət katibi Antoni Blinken Yaxın Şərqə səfər edib. O, İsrail və fələstinlilərin Qəzzada məskunlaşmanın ABŞ variantı ilə razılaşmasını təmin etməyə çalışıb. Lakin danışıqlarda irəliləyiş əldə olunmayıb.
Bizim Telegram kanalımıza abunə olun