IMG-LOGO

Minnesota ştatının qubernatoru ABŞ-də vitse-prezident postuna rəsmən namizəd olub

22.08.2024 07:45 38 baxış
IMG

ABŞ-nin Minnesota ştatının qubernatoru Tim Uolts noyabrın 5-də keçiriləcək seçkilərdə Demokratlar Partiyasından ABŞ-nin vitse-prezidenti vəzifəsinə namizəd olmaq üçün razılıq verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə o, Çikaqoda Demokratlar Partiyasının qurultayında çıxışı zamanı deyib.

Qeyd edək ki, avqustun 19-dan 22-dək Çikaqoda Demokratlar Partiyasının Milli Qurultayı keçirilir.

ABŞ-də prezident seçkiləri noyabrın 5-də baş tutacaq. Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd Ohayo ştatından senator Ceyms Devid Vensdir.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti