IMG-LOGO

Çinə casusluq etməkdə ittiham olunan ABŞ vətəndaşı saxlanılıb

22.08.2024 04:05 31 baxış
IMG

Nyu-Yorkda Çin Dövlət Təhlükəsizlik Nazirliyinə işləməkdə ittiham edilən ABŞ vətəndaşı Yuanjun Tan saxlanılıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, o, 2018-ci ildən 2023-cü ilin iyun ayına qədər Yuanjun Tan Çin Xalq Respublikasının agenti kimi fəaliyyət göstərib, Çin Dövlət Təhlükəsizlik Nazirliyindən verilən tapşırıqları yerinə yetirib.

Ədliyyə Nazirliyinin bəyanatında deyilir ki, təqsirləndirilən şəxs keçmiş Çin vətəndaşıdır, lakin dissident fəaliyyətinə görə Çində həbs edilib.

2002-ci ildən sonra ABŞ-də siyasi sığınacaq alıb və Nyu-Yorkda yaşamağa başlayıb.

Yuanjun Tanı 20 ilə qədər həbs cəzası gözləyir.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti