Amerikanın neft-mədən xidmətləri şirkəti “Halliburton” kiberhücuma məruz qalıb.
APA xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, kiberhücum şirkətin Texas ştatının Hyuston şəhərindəki filialına, eləcə də beynəlxalq rabitə şəbəkəsinə təsir edib.