Bəzi ölkələr üçün Avropa İttifaqına üzvlük proseslərini başa çatdırmaq lazımdır.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts Kişineuda Moldova Prezidenti Maya Sandu ilə birgə mətbuat konfransında bildirib.
Şolts Moldovanı Aİ-yə daxil olmaq yolunda dəstəklədiyini deyib.
Kansler vurğulayıb ki, Almaniya bütün bu vəzifələrin həllində Moldovaya fəal dəstək verənlərdən biridir və üzvlük prosesini sürətlə təşviq edir.
Sandu öz növbəsində qeyd edib ki, hazırda Aİ-dəki tərəfdaşların dəstəyi ilə bu prosesdə qətiyyətli addımlar atılır.
Bizim Telegram kanalımıza abunə olun