IMG-LOGO

Meymunçiçəyi yeni ölümcül pandemiyaya çevrilə bilər - ÜST-dən XƏBƏRDARLIQ

21.08.2024 14:35 39 baxış
IMG

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vurğulayıb ki, "mpox" (meymunçiçəyi) virusu ştamlarının müxtəlifliyinə baxmayaraq, COVID-19 kimi qlobal təhlükə yaratmır, çünki onun yayılması effektiv şəkildə idarə edilə bilər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ÜST-nin Avropa Regional direktoru Hans Kluqe COVID-19 ilə oxşar panika və karantin ssenarisinin təkrarlanmasının qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin "mpox" ilə mübarizədə birləşməsinin vacib olduğunu qeyd edib.

"Mpox" irinli dəri lezyonlarına və qripə bənzər simptomlara səbəb olan viral infeksiyadır. Əksər hallarda xəstəlik heç bir ağırlaşma olmadan baş versə də, təhlükəli və bəzi hallarda ölümlə nəticələnə bilər. "Clade 1b" ştammı, müntəzəm sıx təmaslar vasitəsilə daha tez yayılma qabiliyyətinə görə xüsusi əhəmiyyət kəsb edir.

Virusun bu variantının son halı İsveçdə müəyyən edilib və Afrikada epidemiyaların artması ilə əlaqələndirilib. Konqo Demokratik Respublikasında və qitənin digər yerlərində son aylarda "Clade 1b mpox" ştammı ən azı 450 nəfərin ölümünə səbəb olub. Eyni zamanda, daha az təhlükəli olan "clade 2 ştammı bütün dünyada, o cümlədən hər ay təxminən 100 yeni hadisənin qeydə alındığı Avropada yayılmaqda davam edir. Mütəxəssislər vurğulayırlar ki, "mpox" virusuna qarşı effektiv mübarizə peyvəndlərə ədalətli çıxış və ayrı-seçkiliyə yol verilməyən səhiyyə siyasətinin həyata keçirilməsini tələb edir.

Xəbər lenti