IMG-LOGO

Bakıda qatar adam vurdu

21.08.2024 14:48 100 baxış
IMG

Bakıda qatar adam vurub.

Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətindən Lent.az-a veirlən xəbərə görə, avqustun 21-də saat 12:40-da ADY-yə məxsus teplovoz Keşlə-Biləcəri sahəsində hərəkətdə olarkən orta yaşlı bir nəfər dəmir yolunu qadağan olunmuş yerdən keçməyə cəhd edərək qəfil qatarın qarşısına çıxıb.

Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. Hadisə nəticəsində həmin şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb, stansiya əməkdaşları tərəfindən əraziyə dərhal təcili tibbi yardım briqadası çağırılıb. 

ADY bir daha insanları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır.

Xəbər lenti